Xəzər Xəbər

Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İqtisadiyyat | 17:51 • 26 Noyabr 2021
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Noyabrın 27-də saat 08:00-dan noyabrın 28-i saat 18:00-a kimi paytaxtın Nərimanov rayonunun Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu ərazisindəki Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti