Xəzər Xəbər

Azərbaycan və Rusiya Samur çayının su ehtiyatlarının bölgüsü məsələsini müzakirə edib

İqtisadiyyat | 18:20 • 25 Noyabr 2021
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatlarının bölgüsü məsələsini müzakirə edib

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 21-ci görüşü təşkil olunub. Görüş COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans şəklində keçirilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirib ki, Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin əməkdaşları Əjdər Cavadov, Elxan Hüseyinov və komissiyanın üzvləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə olunub. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb. Müzakirələrin nəticəsində görüləcək tədbirlər barədə protokol imzalanıb.

 

Xəbər lenti

Çox oxunanlar