Xəzər Xəbər

Vətəndaşlara ŞAD XƏBƏR: Yanvarın 1-dən...

İqtisadiyyat | 15,234 | 11:25 • 25 Noyabr 2021
Vətəndaşlara ŞAD XƏBƏR: Yanvarın 1-dən...

Milli Məclisdə 1 yanvar 2022-ci ildən vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər müzakirə olunur. Görünən odur ki, vergi nəzarəti dərinləşəcək və ciddi yeniliklər olacaq.

Vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər qəbul olunarsa, bunun sadə vətəndaşların həyatına necə təsir göstərəcəyi böyük maraq doğurur. Bildirilir ki, ticarətdə və bir sıra xidmət sektorlarında yüksək məbləğlər nağdsız ödəniləcək.

Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev "Real TV"-yə bildirib ki, mehmanxanalar, kosmetoloji mərkəzlər, gözəllik salonları və tibb müəssisələri fəaliyyələtlərini nəzarət-kassa aparatı vasitəsilə həyata keçirməli olacaqlar:

"Vətəndaşlar bu sahələrdəki xidmətlərdən istifadə etməklə çekləri alacaq və gələcəkdə əlavə dəyər vergisini (ƏDV) geri al kampaniyasından yararlana biləcəklər.

Qanunda həmçinin nəzərdə tutulur ki, nəqliyyat vasitələri birbaşa avto-salonlardan alınarkən bu, bütövlükdə nağdsız həyata keçirilsin".

Xəbər lenti