Xəzər Xəbər

Böyük sazişi elan etdilər: "Lirə planı" çökür

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur
İqtisadiyyat | 21:24 • 24 Noyabr 2021
Böyük sazişi elan etdilər: "Lirə planı" çökür

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nəhyan Türkiyədə səfərdədir.

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə vəliəhd Məhəmməd bin Zayed Al Nəhyan arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

Sonra Prezident Rəcəb Tayyib Ərdoğan və vəliəhd Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanan sənədlərin fəaliyyət dairəsinin genişliyi və aktuallığı deməyə əsas verir ki, Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Sənədlərin imzalanmasından sonra verilən ilkin açıqlamaya əsasən, Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə sərmayə qoyuluşu üçün 10 milyard ABŞ dolları məbləğində maliyyə fondu yaradıb.

Vəliəhd Məhəmməd bin Zayed Al Nəhyanın Ankaraya səfəri Türkiyənin Yaxın Şərq siyasətində ən böyük uğurlardan biri kimi qiymətləndirilə bilər./Azərtac

Xəbər lenti