Xəzər Xəbər

Qarşıdakı 10 ildə investisiya axınını müəyyənləşdirəcək meyillər AÇIQLANDI

İqtisadiyyat | 16:45 • 27 Oktyabr 2021
Qarşıdakı 10 ildə investisiya axınını müəyyənləşdirəcək meyillər AÇIQLANDI

“Birbaşa xarici investisiyaların cəlb edilməsi uğrunda ölkələr arasındakı rəqabət son onilliklərdə xüsusilə kəskinləşib”.

Bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, xarici investisiyalar təkcə ölkəyə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir:

“Mütəxəssislərin rəyinə əsasən, avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı və investisiya axınını müəyyənləşdirəcək meyillər olacaq”.

“Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiqi nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilib və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib.

Ümidvaram ki, Sammit çərçivəsində yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və iqtisadi fəaliyyət gündəliyimizin genişləndirilməsi baxımından uğurlu nəticələr əldə ediləcək.

Əminəm ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti ölkəmizin ev sahibliyi etdiyi uğurlu beynəlxalq tədbirlər sırasında yer alacaq”, - deyə o qeyd edib.

Xəbər lenti