Xəzər Xəbər

Sosial sahəyə ayrılacaq vəsaitin məbləği açıqlanıb

İqtisadiyyat | 10:50 • 27 Oktyabr 2021
Sosial sahəyə ayrılacaq vəsaitin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat sahələrinə ayırılan vəsaitin məbləği açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb. 

Layihəyə əsasən, sosial müdafiə və sosial təminat sahələrinə 3 milyard 565 milyon 794 min 062 manat vəsait ayırılıb.

Bunlardan 310 milyon 043 min 606 manat sosial müdafiəyə, 5 milyon 243 min 653 manat sosial təminata, 50 min manat sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlara, 3 milyard 250 milyon 456 min 803 manat sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlərə xərclənəcək.

Xəbər lenti