Xəzər Xəbər

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı kəskin azalıb

İqtisadiyyat | 09:09 • 25 Oktyabr 2021
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı kəskin azalıb

2021-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 57 509 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,7 faiz azdır.

Trend bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına istinadən məlumat verir.

Bu göstərici ilə Azərbaycan Gürcüstana səfər edən vətəndaşların sayına görə yeddinci yerə qərarlaşıb.

Ümumilikdə, hesabat dövründə Gürcüstana 1,3 milyon turist səfər edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azdır.

Xəbər lenti

Çox oxunanlar