Xəzər Xəbər

Parsabaddan Azərbaycana dəmir yolu xətti çəkiləcək

İqtisadiyyat | 18:52 • 24 Oktyabr 2021
Parsabaddan Azərbaycana dəmir yolu xətti çəkiləcək

Ərdəbildən Parsabada oradan da Azərbaycana dəmir yolu xətti çəkiləcək.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi deyib. Prezident İbrahim Rəisini ilə birlikdə Ərdəbil vilayətinə səfər edən nazir onu da nəzərə çatdırıb ki, bu yolun inşası üçün artıq 100 milyard tümən vəsait ayrılıb.
Rüstəm Qasemi dəmir yolu ilə paralel olaraq magistral avtomobil yolunun çəkiləcəyini nəzərə çatdırıb.
Qeyd etmək lazımdır ki, İranın Parsabad şəhəri Araz çayının sahilində Azərbaycanın Horadiz qəsəbəsi ilə həmsərhəd regionda yerləşir. (AZƏRTAC)

Xəbər lenti