Xəzər Xəbər

Bu ölkədə qaz qıtlığına görə fövqəladə vəziyyət elan edildi

İqtisadiyyat | 19:23 • 22 Oktyabr 2021
Bu ölkədə qaz qıtlığına görə fövqəladə vəziyyət elan edildi

Moldova parlamenti respublikada qaz qıtlığı ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edib.

Moldovanın Baş naziri Nataliya Qavrilitsa bir müddət əvvəl enerji sektorunda yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin elan oluna biləcəyini bildirmişdi. Parlamentin növbədənkənar iclasında hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nın deputatları hökumətin müvafiq təklifini təsdiqləyib.

Fövqəladə vəziyyət noyabrın 20-dək qüvvədə olacaq.

Qeyd edək ki, bundan əvvəl Moldovanın Moskvadakı nümayəndə heyəti Rusiya qazının tədarükü ilə bağlı yeni müqavilə barədə razılığa gələ bilməyib. Moldova nümayəndələri məsələnin müzakirəsini davam etdirmək üçün Moskvada qalmalı olublar./Redaktor.az 

Xəbər lenti