Xəzər Xəbər

Avropada qiymət artımı rekord qırdı

İqtisadiyyat | 17:10 • 22 Oktyabr 2021
Avropada qiymət artımı rekord qırdı

Avropa bölgəsindəki inflyasiya sentyabr ayında illik olaraq 3,4 faizə qalxıb. Bu, 2008-ci il qlobal maliyyə böhranından bəri rekord göstəricidir.

Qeyd edilir ki, avrozonada avqust ayında illik 3 faiz inflyasiya, 2020-ci ilin sentyabrında isə 0,3 faiz deflyasiya olub. İllik baxımdan ən aşağı faizlər Malta (0,7 faiz), Portuqaliya (1,3 faiz) və Yunanıstanda (1,9 faiz) qeydə alınıb. Ən çox qiymətlər Estoniya, Litva (hər biri 6,4 faiz) və Polşada (5,6 faiz) qalxıb.

Sentyabr ayında illik inflyasiya səviyyəsinə ən çox enerji daşıyıcıları, xidmətlər, qeyri-enerjili sənaye malları, qida məhsulları, spirt və tütün təsir edib.

Mənbə: “Eurostat”

Xəbər lenti