Xəzər Xəbər

Nazir “Xudafərin” və “Qız Qalası” SES-lərindən danışdı

İqtisadiyyat | 11:35 • 20 Oktyabr 2021
Nazir “Xudafərin” və “Qız Qalası” SES-lərindən danışdı

Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik “Xudafərin”, “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları (SES) layihələrinin icrası uğurla irəliləyir.

XəzərXəbər xəbər verri ki, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb:

“Hazırda hər iki SES-in qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir”.

Nazir bildirib ki, ümumi qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” SES-lərin inşasının 2024-cü ilə qədər tamamlanması planlaşdırılır:

“Hələ Vətən müharibəsi ərəfəsində ərazilərimizin işğaldan azad olunacağına böyük ümumxalq inamının rəmzinə çevrilmiş bu layihələrin reallaşması təkcə Azərbaycana illik 358 mln. kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq”.

Xəbər lenti