Xəzər Xəbər

Bitkoinin məzənnəsi rekord həddə çatdı

İqtisadiyyat | 10:08 • 16 Oktyabr 2021
Bitkoinin məzənnəsi rekord həddə çatdı

Bitkoinin məzənnəsi bu ilin aprel ayından bəri ilk dəfə olaraq 60 min ABŞ dollarını keçib.

XəzərXəbər xəbər verir ki, "CoinDesk"in məlumatlarına görə, kriptovalyutanın dəyəri 61 260 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki seansın sonundakı qiymətdən 6,5% çoxdur.

Kriptovalyuta şirkətləri 2013-cü ildən bəri bitkoinin qanuniliyini artırmaq və investorların sərmayə qoymasını asanlaşdıracaq qərarın qəbuluna çalışırlar.

Xəbər lenti