Xəzər Xəbər

Rusiyadan idxal olunan 70 ton kartof məhv ediləcək

İqtisadiyyat | 17:25 • 15 Oktyabr 2021
Rusiyadan idxal olunan 70 ton kartof məhv ediləcək

Rusiyadan idxal edilən toxumluq kartof məhsulunda karantin tətbiq edilən zərərverici aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, "ZE-DENT" MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

Xəbər lenti