Xəzər Xəbər

Bu il 218 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

İqtisadiyyat | 15:24 • 14 Oktyabr 2021
Bu il 218 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bu ilin doqquz ayı ərzində Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyalarda ümumilikdə 1 milyon 428 min 232 nümunə müayinə edilib. Bu, bir gündə 7 mindən çox nümunənin analizi deməkdir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli agentliyin ilin doqquz ayı ərzindəkı fəaliyyətinə həsr olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, aparılmış müayinələr zamanı nümunələrin 6 min 624 və ya 0,46 faizində uyğunsuzluq aşkarlanıb: “Ötən ilin eyni dövründə isə 1 milyon 250 min 450 nümunə müayinə edilmişdi, nümunələrin 33 min 996 və ya 2,7 faizində uyğunsuzluq aşkarlanmışdı. Yaxşı haldır ki, uyğunsuzluqların sayı nəzərəçarpacaq dərəcədə azalıb”.

Bu ilin doqquz ayı ərzində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ümumilikdə, 2001 yoxlama aparılıb, onlardan 1396-sı planlı, 605-i plandankənar yoxlamalardır. 213 müəssisədə “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub. Məhdudlaşdırıcı qərarlardan 88-i ticarət obyektləri, 38–i ictimai iaşə müəssisəsi, 87-si istehsal müəssisələri və digər fəaliyyət sahələri barəsində olub.

Xəbər lenti