Xəzər Xəbər

Minik avtomobilində istehlaka yararsız ət aşkarlanıb

İqtisadiyyat | 15:13 • 24 Sentyabr 2021
Minik avtomobilində istehlaka yararsız ət aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıəhməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

AQTA-dan xezerxeber.az-a bildirilib ki, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kq iribuynuzlu heyvana məxsus ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunmuş ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021