Xəzər Xəbər

Bu il sahibkarlara 48,4 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat | 11:56 • 24 Sentyabr 2021
Bu il sahibkarlara 48,4 milyon manat güzəştli kredit verilib

Özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.

Xezerxeber.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

Nazir bildirib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1.400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq".

Xəbər lenti

Çox oxunanlar