Xəzər Xəbər

Qaz xəttinə qanunsuz müdaxilələrin qarşısı alınıb

İqtisadiyyat | 18:48 • 22 Sentyabr 2021
Qaz xəttinə qanunsuz müdaxilələrin qarşısı alınıb

“Azəriqaz” İB-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Abşeron rayonunun Masazır qəsəbəsində qaz xəttinə qanunsuz bir neçə müdaxilə faktını aşkar ediblər.

İB-dən xezerxeber.az-a bildirilib ki, qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər. Abonentlər bir daha qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırılır. Belə halları müşahidə edənlərdən Birliyin 104/185 saylı Çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti