Xəzər Xəbər

Bu şəxslərin əməkhaqqı artdı

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1,8 faiz artıb
İqtisadiyyat | 10,355 | 18:05 • 20 Sentyabr 2021
Bu şəxslərin əməkhaqqı artdı

2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 728,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən XəzərXəbər-ə bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021