Xəzər Xəbər

Ötən ay 300 kq-a yaxın qızıl istehsal edilib

İqtisadiyyat | 22:12 • 15 Sentyabr 2021
Ötən ay 300 kq-a yaxın qızıl istehsal edilib

Avqust ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 296,3 kiloqramı qızılın payına düşüb.

Xezerxeber.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 14 kiloqram az olub.

Sentyabrın 1-nə olan vəziyyətə əsasən, 138,2 kiloqram hazır qızıl ehtiyatı var.

Xəbər lenti