Xəzər Xəbər

Ölkənin xalis maliyyə aktivləri 695,6 milyon dollar artıb

İqtisadiyyat | 18:23 • 14 Sentyabr 2021
Ölkənin xalis maliyyə aktivləri 695,6 milyon dollar artıb

2021-ci ilin 6 ayı üzrə ölkənin xalis maliyyə aktivləri 695,6 milyon dollar artıb.

Xezerxeber.az Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (182,7 milyon dollar), portfel investisiyaları (255 milyon dollar) və digər investisiyalar (257,9 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 117,1 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (76,6 milyon dollar), neft bonusu (452,1 milyon dollar), portfel investisiyaları (0,6 milyon dollar) və digər investisiyalar hesabına formalaşıb.

Xəbər lenti