Xəzər Xəbər

Azərbaycanda avqustda avtomobil istehsalı kəskin artıb

İqtisadiyyat | 18:21 • 14 Sentyabr 2021
Azərbaycanda avqustda avtomobil istehsalı kəskin artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 214 vahid minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 3,8% çoxdur. 

Təkcə avqust ayında 274 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 89% çoxdur. Sentyabrın 1-nə hazır avtomobil ehtiyatı 239 vahid təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 vahid təşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız ötən ilin iyununda bərpa olunub.

Xəbər lenti