Xəzər Xəbər

Əhalinin gəlirləri artıb

İqtisadiyyat | 17:53 • 14 Sentyabr 2021
Əhalinin gəlirləri artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 170,4 mln. manat və ya hər nəfərə orta hesabla 3 712,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verdiyi məlumata görə, hesabat dövründə əhalinin nominal gəlirləri illik ifadədə 1,2%, adambaşına düşən gəlir isə 0,7% artıb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 336,1 mln. manatlıq vəsait qalıb.

Xəbər lenti