Xəzər Xəbər

Azərbaycanda əhalinin aylıq gəliri nə qədərdir? AÇIQLAMA

Əhalinin adambaşına düşən aylıq gəliri 288 manatdır
İqtisadiyyat | 12:05 • 14 Sentyabr 2021
Azərbaycanda əhalinin aylıq gəliri nə qədərdir?

Bu ilin birinci yarısının nəticələrinə əsasən ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlir 0,2 faiz azalaraq 287,6 manat olub. 

XəzərXəbər bildirir ki, əksər mənbələr üzrə əhalinin gəlirlərində azalma var. Əhalinin əsas gəlir mənbələri olan əməkhaqqı, özünüməşğulluqdan əldə edilən gəlirlər azalıb. Yalnız pensiyalar üzrə gəlirlərdə artım var. 

Rəsmi məlumatlara əsasən, əhalinin 287,6 manatlıq gəlirinin 99,2 manatı özünüməşğulluqdan, 97 manatı əməkhaqlarından, 52 manatı pensiyalardan, 23,6 manatı ölkə daxilində digər ailələrdən alınan vəsaitlərdən, 9,2 manatı müavinət və sosial yardımlardan, 6,45 manatı ölkə xaricindən alınan vəsaitlərdən, 1,22 manatı mülkiyyətdən əldə edilib. 

Bu ilin birinci yarısında ev təsərrüfatlarının adambaşına düşən aylıq xərcləri isə 302,4 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə xərclərdə dəyişiklik olmayıb. 

Əhalinin xərclərinin 134,8 manatı ərzaq məhsullarının, 25,3 manatı su, işıq, qaz və digər yanacaq növlərinin, 24,7 manatı ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğu xidmətlərinin, 19,65 manatı nəqliyyat xidmətlərinin, 18,4 manatı paltar və ayaqqabıların, 15,9 manatı səhiyyə xidmətlərinin alınmasına sərf edilib. Bunlardan başqa əhali adambaşına mehmanxana, kafe və restoran xidmətlərinə 16,9 manat, istirahət və mədəniyyət xidmətlərinə 10 manat, rabitə xidmətlərinə 10 manat, tütün məmulatlarının alınmasına 5,3 manat, təhsilə 4,8 manat, alkoqollu içkilərə 1,9 manat xərcləyib. /Sfera.az

Xəbər lenti