Xəzər Xəbər

İki marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

İqtisadiyyat | 18:55 • 4 Avqust 2021
İki marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir

Avqustun 5-də Bəhruz Nuriyev küçəsinin Qara Qarayev prospektindən Elşən Süleymanov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Bakı Nəqliyyat Agentliyində xezerxeber.az-a bildirilib ki, bununla əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrdən təşkil ediləcək.

Xəbər lenti