Xəzər Xəbər

Qiymətlər daha da yüksələcək: Mərkəzi Bank inflyasiya proqnozunu artırdı

İqtisadiyyat | 17:06 • 29 İyul 2021
Qiymətlər daha da yüksələcək: Mərkəzi Bank inflyasiya proqnozunu artırdı

Türkiyə Mərkəzi Bankı (TCMB) ilin üçüncü inflyasiya hesabatında 2021-ci ilin sonu üçün inflyasiya proqnozunu yuxarı istiqamətdə dəyişib.

XəzərXəbər Marja.az-a istinadən xəbər verir ki, əvvəlki hesabatda 12,2% olan inflyasiya proqnozu 14,1%-ə yüksəldilib, 2022-ci il proqnozu da 7,5%-dən 7,8%-ə qaldırılıb. 2023-ci il üçün inflyasiya təxmini isə 5% olaraq dəyişməz saxlanılıb.

Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu hesabatı açıqlayıb. 

Kavcıoğlu bildirib ki, risklər və oynaqlıq bir qədər düşsə də hələ yüksək qalmaqda davam edir. Yüksələn əmtəə qiymətləri, məzənnə və artan tələb inflyasiyanın da artmasına səbəb olur.

Kavcıoğlu, Mərkəzi Bankın pul siyasəti faizinin inflyasiya üzərindən müəyyən olunmağa davam ediləcəyini söyləyib.

Kavcıoğlu, inflyasiyadakı hazırda baş verən yüksəlişin müvəqqəti olduğunu, il sonunda yavaşlama gözlənildiyini də qeyd edib. 

Türkiyə Mərkəzi BAnkının inflyasiya hesabatından sonra Dollar/TL məzənnəsi geriləyib. Bakı vaxtı ilə saat 12:20-də Dollar/TL məzənnəsi 0,7% azalma ilə 8.49 səviyyələrində olub.

Xəbər lenti