Xəzər Xəbər

Dollara tələb azalıb - Valyuta hərracı keçirildi

İqtisadiyyat | 16:52 • 29 İyul 2021
Dollara tələb azalıb - Valyuta hərracı keçirildi

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

XəzərXəbər AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 49,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 iyul 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 26,8% azalıb.

Xəbər lenti