Xəzər Xəbər

Dollarla bağlı dünyanın gözlədiyi qərar verildi

İqtisadiyyat | 14,713 | 10:32 • 29 İyul 2021
Dollarla bağlı dünyanın gözlədiyi qərar verildi

ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilib.

Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ilin 16 iyun iclasında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.

Xəbər lenti