Xəzər Xəbər

Bitkoinin qiyməti 40 min dolları keçdi

İqtisadiyyat | 16:48 • 28 İyul 2021
Bitkoinin qiyməti 40 min dolları keçdi

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 40 min ABŞ dollarını keçib.

Kriptovalyuta son 24 saat ərzində 7,2%, son 7 gün ərzində isə 27,3 bahalaşıb. Nəticədə onun kapitallaşması 748,3 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,4% artaraq 2 307 dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “XPR”də olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 1,557 trilyon dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 14:16-ya olan məlumatları aşağıdakı kimidir./report

Xəbər lenti