Xəzər Xəbər

Bitkoinin qiyməti 34 min dolları ÖTDÜ

İqtisadiyyat | 09:20 • 26 İyul 2021
Bitkoinin qiyməti 34 min dolları ÖTDÜ

Dünyanın aparıcı kriptovalyutası bitkoinin məzənnəsi azalmadan sonra xeyli artıb.

Bitkoinin məzənnəsi 1, 2 faiz qalxaraq 34 240 ABŞ dolları təşkil edib.

Həmçinin, 20-dən artıq birjanın göstəriciləri əsasında orta rəqəm təqdim edən CoinMarketCap-a görə bitkoin son 24 saat ərzində 0,99 faiz faiz bahalaşaraq 34 232 dollardan satılıb.

Bitkoinin bazar kapitallaşması 151,662 milyard ABŞ dollar təşkil edir.

Xatırladaq ki, aprelin 14-də bitkoinin məzənnəsi tarixi rekordunu növbəti dəfə yeniləyərək 64.854 ABŞ dollarından satılmışdı./Publika.az 

Xəbər lenti