Xəzər Xəbər

Azərbaycan nefti bahalaşır

İqtisadiyyat | 11:16 • 24 İyul 2021
Azərbaycan nefti bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşır.

Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 74,10 dollar, Nyu-Yorkun NYMEXbirjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 72,07 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,92 dollar artaraq 73,95 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Xəbər lenti