Xəzər Xəbər

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı iki faiz artıb

İqtisadiyyat | 12:16 • 23 İyul 2021
Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı iki faiz artıb

2021-ci ilin birinci yarısında Azərbaycanın iqtisadiyyatının artımı 2 faiz təşkil edib.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin qeyri-neft sektoru da 5 faizlik artım nümayiş etdirib: "Bütün bu göstəricilər Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülən iqtisadi şaxələnməni nümayiş etdirir".

Nazir əlavə edib ki, vergi və gömrük daxilolmaları üzrə də artım müşahidə olunur: "Azərbaycan qızıl-valyuta ehtiyatları artmaqda davam edir və bu, iqtisadi artıma əlavə təkan verir".

Xəbər lenti