Xəzər Xəbər

Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artırmağı hədəfləyir - Mikayıl Cabbarov

İqtisadiyyat | 12:10 • 23 İyul 2021
Azərbaycan Rusiya ilə ticarət dövriyyəsini artırmağı hədəfləyir - Mikayıl Cabbarov

Azərbaycan bu il Rusiya ilə ticarət dövriyyəsini artırmağı hədəfləyir.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət münasibətlərinin azalması ilə yadda qalıb:

"Amma hazırda həm Azərbaycanda, həm də Rusiyada iqtisadi artım müşahidə olunur ki, bu da iqtisadi baxımdan əməkdaşlıq sferalarına təsir göstərir".

O əlavə edib ki, bu ilin birinci yarısında iki ölkə arasında xarici ticarət dövriyyəsi illik müqayisədə 4 faiz artıb.

Xəbər lenti