Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

Dollar iki aydır bahalaşır

İqtisadiyyat | 16:22 • 20 İyul 2021
Dollar iki aydır bahalaşır

ABŞ dollarının dünya səviyyəsində ortaq məzənnəsini ifadə edən Dollar İndeksində yüksəliş ikinci aydır ki, davam edir.

Mayın 25-də 89,6 olan indeks hazırda 93 səviyyəsinə çatıb. İki ayda dollarda bahalaşma 3,8 faiz olub.

Qlobal miqyasda dollar bahalaşsa da, Azərbaycanda dollar/manat kursunda dəyişiklik yoxdur. Bunun səbəbi məzənnənin Mərkəzi Bank tərəfindən tənzimlənməsidir.

Amma dolların bahalaşması səbəbindən digər valyutaların manata nisbətən məzənnəsinin ucuzlaşması müşahidə edilir. Məsələn, hazırda bir avro 2,007 manatdır. İki ay əvvəl isə avro/manat kursu 2,08 idi. Ötən dövrdə avronun manata nisbətən məzənnəsi 3,5 faiz ucuzlaşıb.

Dolların qlobal miqyasda bahalaşması proqnozlaşdırılırdı. Çünki ABŞ-da iqtisadi artım gözləniləndən daha sürətlə gedir, eyni zamanda inflyasiya səviyyəsi nəzərdə tutulan həddən (2 faiz) yüksəkdir. Bu vəziyyətdə ABŞ mərkəzi bankının yumşaq pul siyasətini dayandıracağı və tədricən faizləri artıracağı ehtimal edilir. Ehtimalların güclənməsi dolların da məzənnə dəyərinin yüksəlməsinə səbəb olur./Sfera.az

Xəbər lenti

Çox oxunanlar