Xəzər Xəbər

Dəmir yolu ilə sərnişin daşımaları nə zaman başlayacaq? AÇIQLAMA

İqtisadiyyat | 16:16 • 16 İyul 2021
Dəmir yolu ilə sərnişin daşımaları nə zaman başlayacaq?

Uzun müddətdir ki, pandemiya səbəbindən ölkə daxili dəmir yolu ilə sərnişin daşıması dayandırılıb. Maraqlıdır ki, şəhərlərarası avtobus reysləri, hətta gecə reysləri işə düşsə də, dəmir yol nəqliyyatında hələlik tərpəniş müşahidə olunmur”.

Bunu tanınmış ekspert Osman Gündüz deyib. O bildirib ki, dəmir yolu ilə sərnişin daşımalarında onsuz da ciddi problemlər var:

"Bir neçə beynəlxalq  layihəni uğurla gerçəkləşdirən "Azərbaycan Dəmir Yolu”  ASC-nin  rəhbərliyi daxili sərnişin daşımalarda hələ də keyfiyyətli bir şərait yarada bilməyiblər. Son zamanlarda bu sahədə yeganə üz ağardan məsələ  Bakı Şərnişin Vağzalının xeyli modernləşməsi, buradakı keyfiyyətin yüksək olması və bilet satışının da ASAN-a həvalə edilməsidir. 

Əsas problemlər isə dəmir yolu xətlərinin keyfiyyətsizliyi, sərnişin vaqonlarında servisin aşağı olması, bilet satışının tam rəqəmsal formada olmaması, stansiyalarda internetin bərbad gündə olması, bir çox dəmir yol stansiyalarının tamamilə yararsız vəziyyətdə olması və s. sahələrdə özünü göstərirdi. İnanmaq istərdim ki, ADY  və  AzerTelecom şirkəti birlikdə dəmir yol xətti bolunca internet problemini də həll ediblər”.

O.Gündüzün sözlərinə görə, ötən 2 il müddət ərzində  ASAN və ADY onlayn  bilet satışını da tam qaydaya sala biliblər:

"Köhnə qaydada, onlayn bilet sifariş edib ödənişi də onlayn etdikdən sonra gərək 1 saat öncədən kağız formada bileti kassada növbə götürərək yenidən əldə etmək lazım gəlirdi. Nə qədər keyfiyyətsiz servis olsa da, vaxt baxımından  Bakı - Balakən qatarının SV-si ilə gediş-gəliş daha effektiv və səmərəli idi”./Sfera.az

Xəbər lenti