Xəzər Xəbər

Zəngəzur dəhlizi... - Erməni ekspertdən etiraf

İqtisadiyyat | 13:00 • 15 İyul 2021
Zəngəzur dəhlizi... - Erməni ekspertdən etiraf

Üçtərəfli bəyanatı ilk gün oxuyanda bir şey gözümə sataşdı, hansı ki, orada Rusiyanın 5 illik nəzarəti altında polifunksional yolun çəkilməsi və açılmasından bəhs edilirdi.

XəzərXəbər Axar.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Emma Beqidcanyan deyib.

“Türkiyə və Azərbaycan bunun dəhliz olduğunu bəyan edirlər. Əgər bu, Mqer Qriqoryanın (baş nazirin müavini) dediyi kimi Ermənistandan Azərbaycan vasitəsilə Rusiyaya gedən yoldursa, o zaman belə çıxır ki, Rusiya maşın və qatarların təhlükəsizliyini həm də Azərbaycan ərazisində təmin etməlidir. Amma əgər sən dəhliz verirsənsə, demək ki, öz ərazini başqasının nəzarətinə verirsən. Yeganə qəbul olunan variant yolun Ermənistanın yurisdiksiyasında və nəzarətində olmasıdır. Bax bu, yol deməkdir, amma bəyanatda yazılan yol deyil.

İran bu dəhlizdən narahatdır və onlar bizdən çox bilirlər. Onlar dəfələrlə bəyan ediblər ki, bu, onlar üçün qırmızı xəttdir, amma İranın özü belə bu istiqamətdə ciddi addımlar atmaq vəziyyətində deyil. İndiki situasiyada edə biləcəyimiz yeganə şey bizim nəzarətimizdə tranzit yoluna yükləri yoxlamaq haqqı ilə izn vermək ola bilər”, – deyə o bildirib.

Xəbər lenti