Xəzər Xəbər

Varlı insanlar yeni vergi növünə cəlb edilə bilər

İqtisadiyyat | 16:11 • 24 İyun 2021
Varlı insanlar yeni vergi növünə cəlb edilə bilər

Varlı insanlara vergi tətbiq olunması dünyanın koronavirus pandemiyasından sonrakı sosial-iqtisadi bərpasını maliyyələşdirməyə yardım edə bilər.

Xezerxeber.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterriş bu barədə Avropa Parlamentində çıxışı zamanı deyib.

“Yalnız bir il ərzində dünyanın ən varlı insanlarının varidatı 5 trilyon dollar artıb. Hökumətləri sosial-iqtisadi bərpa işlərini maliyyələşdirmək üçün bu insanlara, həmçinin pandemiyadan faydalan şəxslərə həmrəylik vergisi və ya sərvət vergisi tətbiq etmək barədə düşünməyə çağırıram”, - deyə Antonio Quterriş bildirib.

Onun sözlərinə görə, pandemiya nəticəsində yüz milyonlarla insan yoxsulluq vəziyyətinə düşüb, ölkələr isə iflas təhlükəsi ilə üzləşib. Hazırda dünya əhalisinin yarısı lazımi səhiyyə xidmətlərindən istifadə edə bilmir.

Xəbər lenti