Xəzər Xəbər

Kondisioner, paltaryuyan maşın və soyuducu idxalı kəskin artıb

İqtisadiyyat | 16:06 • 19 İyun 2021
Kondisioner, paltaryuyan maşın və soyuducu idxalı kəskin artıb

Ötən ilin yanvar-aprel ayı ilə müqayisədə cari ilin ilk 4 ayında mühüm məhsul növlərindən məişət kondisionerlərinin idxalı 2,2 dəfə, paltaryuyan maşınlar 30 faiz, mebellər 8,4 faiz, məişət soyuducuları isə 51 faiz artıb.

Xezerxeber.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin yanvar-aprel aylarında hesablama maşınları, blok və qurğularının idxalında isə 10,8 faiz artım müşahidə olunub.

Qeyd edək ki, hesabat dövründə idxal olunan maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

Xəbər lenti