Xəzər Xəbər

Magistral kəmərdə qəza baş verib, Bakının iki rayonunun suyu kəsilib

İqtisadiyyat | 15:06 • 19 İyun 2021
Magistral kəmərdə qəza baş verib, Bakının iki rayonunun suyu kəsilib

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bakı Sukanal İdarəsinin qəza briqadası əraziyə cəlb olunub və qəzanın aradan qaldırılmasına başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Xəbər lenti