Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

900 milyon ton ehtiyatı olan neft-qaz yatağı kəşf edilib

İqtisadiyyat | 12:54 • 19 İyun 2021
900 milyon ton ehtiyatı olan neft-qaz yatağı kəşf edilib

Çinin şimal-qərbindəki Sincan Uyğur muxtar bölgəsində təxminən 900 milyon ton neft-qaz ehtiyatı olan yataq kəşf edilib.

AZƏRTAC Çin Milli Neft Korporasiyasına (CNPC) istinadla xəbər verir ki, Tarım hövzəsindəki Təkləməkan səhrasında yerləşən yatağın kəşfiyyat işləri 6 il davam edib. Qazma dərinliyi 8480 metr olan quyu Tarım hövzəsində indiyədək qazılmış ən dərin quyudur. Ərazinin yüksək seysmik zona olması və karbonat qayalıqlar bu quyunu dünyanın ən çətin kəşf olunan yataqlarından biri edir.

CNPC-nin tabeliyindəki “Tarım neft-mədən” şirkətinin baş meneceri Yan Süeven bildirib ki, bu, son onillikdə Tarım hövzəsində kəşf olunan ən böyük yataqdır.

Qeyd edək ki, 330 min kvadratkilometr sahəsi olan Təkləməkan səhrasının neft-qaz ehtiyatı 16,1 milyard ton səviyyəsində qiymətləndirilir. Bu, Çində ən böyük neft-qaz rayonu hesab olunur. İndiyədək bu rayonda 100-dən çox neft və qaz yatağı kəşf olunub ki, onların ehtiyatı 1,4 milyard tondur.

Xəbər lenti

Çox oxunanlar