Xəzər Xəbər

Füzuli, Laçın və Zəngilanda tikilən hava limanları üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq

İqtisadiyyat | 13:07 • 19 İyun 2021
Füzuli, Laçın və Zəngilanda tikilən hava limanları üçün idxal edilən mallar gömrük rüsumuna cəlb olunmayacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarında dəyişiklik edib.

Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən, "Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı” təsdiq edilib.
Bu bəndlə müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bu mallar gömrük idxal rüsumuna cəlb olunmayacaq.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.

Xəbər lenti