Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb

İqtisadiyyat | 12:23 • 19 İyun 2021
ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 9 ədəd artaraq 470 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 204 ədəd artıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 8 ədəd artaraq 373 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 184 ədəd artım qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 97 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 22 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.

Xəbər lenti