Xəzər Xəbər

Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR HAZIRLANIR

Tibb işçilərinin əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır
İqtisadiyyat | 16:03 • 16 İyun 2021
Həkimlərə əməkhaqqı bonusla veriləcək - YENİ QAYDALAR HAZIRLANIR

“Tibb işçilərinin daha da yüksək əməkhaqqı alması üçün yollar axtarılır. Hazırda ölkə üzrə tibb işçilərinə ödənilən əməkhaqqı qaydalarının yeni layihəsi hazırlanır”.

Bunu Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.

O qeyd edib ki, layihədə həkimlərin, tibb bacılarının və digər işçilərinə əməkhaqlarının verilməsi qaydalarında da yeniliklər var: “Bu yeniliklərdə əvvəlki ödəniş verilməsi qaydalarından bir az da yüksək rəqəmlərdir. Bu layihə tətbiq olunacaq”.

O qeyd edib ki, tibb işçilərinə ödəniləcək əlavələrdə də artımlar gözlənilir: “Bu artım yeni sistemdə xəstəxanaların kateqoriyasına uyğun müəyyənləşir. Müəyyənləşdikdən sonra əmək haqqlarında artımlar müşahidə olunacaq”.

Xəbər lenti