Xəzər Xəbər

Səbail rayonunda 2 küçədə təmir işləri davam etdirilir

İqtisadiyyat | 13:22 • 16 İyun 2021
Səbail rayonunda 2 küçədə təmir işləri davam etdirilir

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, paytaxtın Səbail rayonu üzrə təmirə ehtiyacı olan, 10 mindən çox əhalinin yaşadığı, ümumi uzunluğu 9 kilometr təşkil edən olan qəsəbədaxili küçə və yolda təmir-tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu çərçivədə rayonun 1400 metr uzunluğa malik Yüzbəy Mürsəlov və 2000 metr uzunluğu olan Arif İsmayılov küçələrində aparılan təmir-tikinti işləri son mərhələ üzrə icra olunur. Hər iki küçənin eni ortalama 9 metr təşkil edir.

İnvestisiya proqramına uyğun olaraq, agentlik tərəfindən rayon üzrə təmiri nəzərdə tutulan digər küçələrdə də bərpa işləri həyata keçiriləcək.

İşlərin yüksək keyfiyyətlə və nəzərdə tutulan vaxtda yekunlaşması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

 

 

Xəbər lenti