Xəzər Xəbər

Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada qısaqapanma olub

İqtisadiyyat | 09:40 • 16 İyun 2021
Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada qısaqapanma olub

Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən xezerxeber.az-a verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

Xəbər lenti