Xəzər Xəbər

Nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Mikayıl Cabbarov: Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq
İqtisadiyyat | 18:36 • 14 İyun 2021
Nazirdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

O əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Xəbər lenti