Xəzər Xəbər

Türkiyə millisinin oyunları Bakıya uçuş biletlərinin qiymətini qaldırdı

İqtisadiyyat | 15:32 • 11 İyun 2021
Türkiyə millisinin oyunları Bakıya uçuş biletlərinin qiymətini qaldırdı

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Türkiyədən Azərbaycan paytaxtına gəlmək istəyən azarkeşlər təyyarə biletlərinə böyük maraq göstərirlər.

Bu barədə "Enuygun.com" səyahət portalının eksperti Tuğba Hacıbayramoğlu "NTV Spor"a açıqlamasında deyib.

O bildirib ki, "ay-ulduzlular"ın xüsusilə Uels və İsveçrə ilə oyunlarının olacağı tarixlər üçün (16 - 20 iyun) aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub. Hacıbayramoğlunun sözlərinə görə, iyun ayı üçün bir biletin orta qiyməti 850 TL nəzərdə tutulmuşdusa, hazırda rəqəm 2 098 TL-yə çatıb.

Ekspert bu məsələdə Türkiyədən Azərbaycana yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət etmək imkanının da mühüm rol oynadığını və qarşıdakı günlərdə səfərlərin sayının daha da artacağını söyləyib.

Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə matçı ilə başlayacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək./report

Xəbər lenti