Xəzər Xəbər

Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək

İqtisadiyyat | 11:38 • 17 May 2021
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək

Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər piyadaların təhlükəsizliyi üçün irəli sürülüb: "Bizim əsas strateji məqsədlərimiz alternativ vasitələr və piyadaların təhlükəsizliyini təmin etməkdir. Küçə və prospektlərdə piyada səkilərinin genişləndirilməsi prosesi davam etdirilir”.

Onun sözlərinə görə, şəhər mobilliyinin inkişafı piyada zonalarının genişləndirilməsi və alternativ nəqliyyat növlərinin inkişafı ilə piyadalar üçün daha rahat, təhlükəsiz səyahət imkanlarının yaradılması da əsas strateji məqsədlərimizdir: “Bu istiqamətdə 2030-cu ilə qədər Bakı şəhərinin mobilliyinin inkişaf strategiyası layihəsi hazırlanıb, məqsədləri, prinsipləri və strateji hədəfləri müəyyən edilib”.

Xəbər lenti

Çox oxunanlar