Xəzər Xəbər

Ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a çatıb

İqtisadiyyat | 16:06 • 16 May 2021
Ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a çatıb

Aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 5 min 885 yeni abonent qeydiyyata alınıb.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, onlardan 3 min 995-i Bakı, Abşeron və Sumqayıt, 1890-ı isə regionların payına düşür. Bu ilin 4 ayı ərzində əhali sektoru üzrə 31 min 429 yeni abonent qeydiyyata alınıb.

Beləliklə, indiyədək ölkədə təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 918 min 440, regionlar üzrə isə 1 milyon 440 min 470 abonent daxildir.

Xəbər lenti