Xəzər Xəbər

Azərbaycanın 126 müəssisəsi Rusiyaya pomidor ixrac edə bilər

İqtisadiyyat | 09:05 • 14 May 2021
Azərbaycanın 126 müəssisəsi Rusiyaya pomidor ixrac edə bilər

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların birgə tədbirləri davam edir.

AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) əməkdaşlarının iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə əlaqədar məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən mayın 14-dən daha 30 pomidor istehsalı müəssisəsindən bu ölkəyə pomidor ixracına icazə verilib.

İndiyə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən həmin ölkəyə məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 288 min 414 ton təşkil edir ki, bu da ötən il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 160,2 faizini təşkil edir.

Xəbər lenti