Xəzər Xəbər

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

İqtisadiyyat | 10:14 • 11 May 2021
Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti daha 0,18 ABŞ dolları, yaxud 0,29% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,86 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti